Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb

Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb

205110

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 21-ci pillədə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
 

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.


Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci sıradadır.

İlk "üçlük"də ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) yer alıblar.

Hələlik 70 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO