Mourinyo İlkay Gündoğanı "Fənərbağça"ya gətirəcək?

Mourinyo İlkay Gündoğanı "Fənərbağça"ya gətirəcək?

Hazırda oxunan: Mourinyo İlkay Gündoğanı "Fənərbağça"ya gətirəcək?

205053

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Barselona"nın 33 yaşlı yarımmüdafiəçisi, türkəsilli alman futbolçu İlkay Gündoğanın transferi ilə maraqlanır.

Bizim.Media championat.com-a istinadən xəbər verir ki, "Fənərbağça" oyunçunu onlara qoşulmağa razı salmağı planlaşdırır.

Qeyd edək ki, Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO