Azərbaycan boksçusu Paris Olimpiadasının finalında - FOTO/VİDEO

Azərbaycan boksçusu Paris Olimpiadasının finalında - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan boksçusu Paris Olimpiadasının finalında - FOTO/VİDEO

205034

Azərbaycanın boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşıb.

Rəqibinə qalib gələn boksçumuz həlledici döyüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.



 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO