Paris-2024: İdmançımız çəkicatma yarışlarında finala yüksəldi - VİDEO

Paris-2024: İdmançımız çəkicatma yarışlarında finala yüksəldi - VİDEO

Hazırda oxunan: Paris-2024: İdmançımız çəkicatma yarışlarında finala yüksəldi - VİDEO

205029

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub.

Beləliklə, A.Skidan Paris-2024-də final mərhələsinə adını yazdırıb.

Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO