Bu gün Azərbaycan Premyer Liqasında iki qarşılaşma baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında iki qarşılaşma baş tutacaq

Hazırda oxunan: Bu gün Azərbaycan Premyer Liqasında iki qarşılaşma baş tutacaq

204980

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə meydana “Sabah” və “Şamaxı” komandaları çıxacaq. 

“Bank Respublika Arena”da reallaşacaq görüş saat 17:30-da start götürəcək.
 

Günün son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.


Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO