Elnur Məmmədli: “Fransızları Azərbaycan himnini dinləməyə vadar etdik”

Elnur Məmmədli: “Fransızları Azərbaycan himnini dinləməyə vadar etdik”

Hazırda oxunan: Elnur Məmmədli: “Fransızları Azərbaycan himnini dinləməyə vadar etdik”

204978

Fransızları Azərbaycan himnini dinləməyə vadar etdik.

Bizim.Media xəbər verir ki, bunu Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayan Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, 2008-ci ildə Pekin Olimpiadasında qızıl medal qazanan cüdoçumuz Elnur Məmmədli (73 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

"Ən böyük sevindirici hal odur ki, Fransanın Paris şəhərində Fransa xalqını, dövlətini himnimizi dinləməyə, bayrağımıza baxmağa vadar etdik. Bu, böyük bir uğurdur. Tarixdə ilk dəfədir ki, iki cüdoçumuz qızıl mükafat qazanıb. Bu uğurun arxasında Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçilər var. Hamımız çiyin-çiyinə verib bu uğura nail olmuşuq", - deyə o, qeyd edib.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular bu gecə Bakıya qayıdıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO