Azərbaycan karateçiləri Rusiyada keçirilmiş “Open Rossiya” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, İran, Belarus, Misir və Ermənistan təmsilçilərinin qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.
Karateçilərdən Nəsimi Musayev 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Nərgiz Aslanova 25 kiloqram, Cəlal Şükürov 35 kiloqram, Mehdi Abdullayev isə +35 kiloqramda gümüş mükafatlarına yiyələniblər.
Kamran Cəfərli (+42 kiloqram), Qəhrəman Rzaquliyev (30 kiloqram), Dəniz Nəcəfli (47 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Günay Ramazanova (55 kiloqram), Aysel Məmmədova (+66 kiloqram), Məhəmməd Kazımlı (60 kiloqram), Murad Hacızadə (+84 kiloqram) bürünc medallara sahib olublar.
Yekuna əsasən, karateçilərimiz beynəlxalq turniri 12 medalla başa vurublar.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:50 / 03.08.2024
Kareteçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı - FOTO
Hazırda oxunan: Kareteçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı - FOTO
Hazırda oxunan: Kareteçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı - FOTO
204915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.