“Neftçi” bu gün “Turan Tovuz”u qəbul edəcək

“Neftçi” bu gün “Turan Tovuz”u qəbul edəcək

Hazırda oxunan: “Neftçi” bu gün “Turan Tovuz”u qəbul edəcək

204857

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyunlar baş tutacaq.

Bizim.Media xəbər verir ki, birinci turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da oynanılacaq görüş saat 18:30-da start götürəcək.

Bu oyun, həmçinin Roman Qriqorçukun “Neftçi”də, Kurban Berdıyevin isə “Turan Tovuz”da baş məşqçi kimi ilk rəsmi oyunları olacaq.

Günün ikinci matçında “Sumqayıt” “Kəpəz”i sınağa çəkəcək. Mehdi Hüseynzadə adına stadionda reallaşacaq qarşılaşma 20:45-də başlayacaq.

Ötən gün mövsümün açılış oyununda “Qarabağ” komandası “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 4-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO