Fransa və Argentina futbolçuları arasında dava düşdü - VİDEO

Fransa və Argentina futbolçuları arasında dava düşdü - VİDEO

Hazırda oxunan: Fransa və Argentina futbolçuları arasında dava düşdü - VİDEO

204825

Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.

Meydanda başlayan dava bir neçə dəqiqə olub. Bundan sonra iki komanda arasında qarşıdurma tribuna otağında davam edib.

Davaya Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.

Qeyd edək ki, Bordo şəhərində keçirilən görüş 1:0 hesabı ilə Fransanın xeyrinə başa çatıb.

Yeganə qolu matçın 5-ci dəqiqəsində Jan-Filip Mateta vurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO