Qurban Qurbanov: Çempionata çox ciddi yanaşmalıyıq

Qurban Qurbanov: Çempionata çox ciddi yanaşmalıyıq

Hazırda oxunan: Qurban Qurbanov: Çempionata çox ciddi yanaşmalıyıq

204815

Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq. 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis görüşdən narazı qalmadığını bildirib: 

"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO