"Sabah" və "Zirə"nin oyunları bu saatlarda başlayacaq

"Sabah" və "Zirə"nin oyunları bu saatlarda başlayacaq

Hazırda oxunan: "Sabah" və "Zirə"nin oyunları bu saatlarda başlayacaq

204792

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah" və "Zirə" komandalarının oyunlarının başlama saatları açıqlanıb. 

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sent-Patriks Atletik” (İrlandiya) klubu ilə qarşılaşacaq "Sabah"ın ilk matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

1 həftə sonra "Bank Respublika Arena"da rellaşacaq cavab qarşılaşması isə 20:00-da başlayacaq. 

Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək "Zirə" də ilk oyununa səfərdə çıxacaq. Görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-da təyin olunub. Avqustun 15-i "Dalğa Arena"da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək. 

Qeyd edək ki, hər iki təmsilçimizin ilk oyunları avqustun 8-i, cavab qarşılaşmaları isə avqustun 15-i gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO