Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri məlum OLDU

Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri məlum OLDU

Hazırda oxunan: Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri məlum OLDU

204734

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yüksələn “Sabah” və “Zirə”nin pley-off mərhələsində 5 potensial rəqibi artıq bəllidir. 

Bizim.Media xəbər verir ki, turnirdə yoluna davam edən təmsilçilərimiz bunun üçün ilk növbədə növbəti sınaqdan da üzüağ çıxmalıdırlar.

“Sabah” İrlandiyanın “Sent Patriks”, “Zirə” isə Xorvatiyanın “Osiyek” kollektivini üstələyərsə, pley-off mərhələsinin püşkatmasında səpələnməmişlərdə yer alacaqlar. Həmin raunddan mübarizəyə qoşulacaq 5 komanda isə səpələnmişlərdə qərar tutacaq.
 

Bunlar “Çelsi” (İngiltərə), “Fiorentina” (İtaliya), “Betis” (İspaniya), “Heydenheym” (Almaniya) və “Lans”dır (Fransa). Bir sözlə, püşk adıçəkilən komandaları “Sabah” və ya “Zirə”nin təşkil etdiyi cütün pley-offdakı mümkün rəqibi edə bilər.


Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO