Avropa Liqası və Konfrans Liqasında keçirilən II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi yenilənib.
Bizim.Media xəbər verir ki, Azərbaycan cədvəldə iki pilləlik irəliləyişə nail olub.
Buna “Zirə”nin Konfrans Liqası matçında Slovakiyanın “Dunayska Streda” klubu üzərində səfərdə 2:1 hesablı qələbəsi səbəb olub. Nəticədə cari mövsümdəki ölkə əmsalı 1,625-ə çatıb.
Son beş ildəki xallarını 18,375 əmsala çatdıran Azərbaycan reytinqdə Slovakiya və Rusiyanı geridə qoyaraq 23-cü olub.
Azərbaycanla yanaşı, Norveç, Yunanıstan, Danimarka, Xorvatiya, Kipr, İsveç, Farer adaları, Lixtenşteyn, Estoniya və Monteneqro da irəliləyiblər. Geriləyən digər ölkələr isə İsrail, Şotlandiya, Serbiya, Bolqarıstan, Finlandiya, Albaniya, Şimali İrlandiya, Gürcüstan və Şimali Makedoniya olub. Reytinqə 89,160 əmsalla İngiltərə başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:27 / 02.08.2024
Azərbaycan UEFA reytinqində 2 pillə İRƏLİLƏDİ
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində 2 pillə İRƏLİLƏDİ
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində 2 pillə İRƏLİLƏDİ
204708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.