“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki səbəti müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu həmin raunda yüksəlsə, püşkatma zamanı səpələnməmişlər səbətində qərarlaşacaq.
Buna səbəb PAOK (Yunanıstan) və “Ferensvaroş”un (Macarıstan) mərhələ adlaması olub. Bu iki komandanın III təsnifat mərhələsində təşkil etdiyi cüt “Qarabağ”ın potensial rəqibləri olacaq.
Digər mümkün rəqiblər isə pley-offdan yarışa qoşulacaq “Dinamo” (Zaqreb, Xorvatiya), “Srvena Zvezda” (Serbiya) və “Yanq Boyz” (İsveçrə) olacaq. Təbii ki, bunun üçün “Qarabağ” 3-cü təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”ini məğlub etməlidir. Pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. Bu raundun oyunları isə avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:30 / 01.08.2024
Çempionlar Liqası: “Qarabağ”ın play-off mərhələsində potensial rəqibləri bəlli oldu
Hazırda oxunan: Çempionlar Liqası: “Qarabağ”ın play-off mərhələsində potensial rəqibləri bəlli oldu
Hazırda oxunan: Çempionlar Liqası: “Qarabağ”ın play-off mərhələsində potensial rəqibləri bəlli oldu
204630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.