Mahir bu həftə “Dinamo”dan gedə bilər

Mahir bu həftə “Dinamo”dan gedə bilər

Hazırda oxunan: Mahir bu həftə “Dinamo”dan gedə bilər

204625

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli tezliklə Zaqrebin “Dinamo” klubu ilə müqaviləni ləğv edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ikinci bundesliqa təmsilçisi, baş məşqçisi Miroslav Kloze olan “Nürnberq” Emrelini heyətində görmək istəyir. Elə futbolçu özü də karyerasını bu klubda davam etdirmək fikrindədir. Bildirilir ki, “Dinamo” ən yüksək ödənişli futbolçularından M.Emreli ilə bu həftə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edə bilər.

Nəşrin məlumatına görə, məhz bundan sonra 27 yaşlı futbolçunun “Nürnberq”ə keçidi asanlaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO