“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdoçumuza qarşı haqsızlıq edilməyib.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Elcan Hacıyevin (90 kiloqram) fransalı rəqibi Maksim-Qael Hambu ilə görüşündə ədalətsizliyə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Hakimlərin Olimpiadada cüdoçumuza qarşı qalmaqallı QƏRARI - VİDEO
O, idmançımızın tətbiq etdiyi fəndin hesaba alınmamasının səbəbini açıqlayıb:
“Daha əvvəl hakim dayanma işarəsi vermişdi. Elcan fəndi həmin işarədən sonra tətbiq etdi. Ona görə də qeydə alınmadı”.
Qeyd edək ki, Elcan Hacıyev Maksim-Qael Hambu ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, mübarizə zamanı çiynindən zədə alaraq xəstəxanaya aparılıb.
Bizim.Media