“Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu

“Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu

Hazırda oxunan: “Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurdu

204437

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda fransalı Maksim Qael Ambu ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan E.Hacıyev yarışla vidalaşıb. Cüdoçumuz görüş zamanı çiynindən zədə alıb.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO