Çempionlar Liqası və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin bir neçə cavab oyunundan sonra UEFA reytinqində dəyişikliklər olub.
Bizim.Media xəbər verir ki, dünənki qarşılaşmaların ardından Kipr, Farer adaları, Estoniya və Monteneqro irəliləyişə nail olublar.
Əvəzində Bolqarıstan, Finlandiya, Latviya, Şimali İrlandiya və Şimali Makedoniya geriləyiblər.
Azərbaycan isə 24-cü pillədəki yerini qoruyub. “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində evdə “Linkoln” üzərində 5:0 hesablı qələbəsi ölkəmizin aktivinə daha 0,250 əmsal yazdırıb. Cari mövsümdəki ümumi qazanc 1,250-yə çatıb.
Son 5 mövsümün nəticələrinə görə 18,000 əmsala malik Azərbaycan avrokuboklarda heç bir klubu çıxış etməyən Rusiyaya bir qədər də yaxınlaşıb. Ölkəmiz ruslardan cəmi 0,299 əmsal geri qalır. UEFA reytinqinə 89,160 əmsalla İngiltərə başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:04 / 31.07.2024
Azərbaycan UEFA reytinqində mövqeyini QORUDU
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində mövqeyini QORUDU
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində mövqeyini QORUDU
204415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.