"Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokların qrupunda

"Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokların qrupunda

Hazırda oxunan: "Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokların qrupunda

204330

"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi səfərdə  2:0 hesabı ilə üstələdiyi "Linkoln"u (Cəbəllütariq) Bakıda 5 cavabsız qolla məğlub etməklə buna nail olub.
 

Qurban Quranovun komandası bununla da ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib. "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində uduzsa, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. Bu mərhələdə mübarizəni dayandıracağı təqdirsə isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.


Təbii ki, bunlar ən pis halda baş verəcək nəticələrdir. Komandanın hədəfi isə ən azı Çempionlar Liqasının qrupudur.

Hazırkı durumda isə "Qarabağ" ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO