Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 5:0. Bununla da daha bir boksçumuz turnirlə erkən vidalaşıb.
Xatırladaq ki, ötən gün Məhəmməd Abdullayev və Malik Həsənov da ilk görüşdə uduzaraq turnirlə vidalaşmışdı. Daha əvvəl isə Azərbaycan bokçusu Alfonso Dominges (92) 1/4 finala yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:08 / 30.07.2024
Daha bir boksçumuz Paris-2024-də mübarizəni erkən dayandırdı
Hazırda oxunan: Daha bir boksçumuz Paris-2024-də mübarizəni erkən dayandırdı
Hazırda oxunan: Daha bir boksçumuz Paris-2024-də mübarizəni erkən dayandırdı
204311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.