“Qarabağ” hücumçusunun Yunanıstan klubuna keçidinə İCAZƏ VERMƏDİ

“Qarabağ” hücumçusunun Yunanıstan klubuna keçidinə İCAZƏ VERMƏDİ

Hazırda oxunan: “Qarabağ” hücumçusunun Yunanıstan klubuna keçidinə İCAZƏ VERMƏDİ

204266

"Qarabağ"ın Juninyo Olavionu bu yay satmayacağı qətiləşib. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin braziliyalı forvardı üçün gələn sonuncu təklif isə Yunanıstandan olub. 

Belə ki, PAOK Juninyonu transfer etmək istəyib. Saloniki təmsilçisi "Qarabağ"ın əsas hücumçusunu bu yay heyətinə qatmağı planlaşdırıb.

Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan Yunanıstan klubu Juninyonu istəsə də, sonda bundan vaz keçməli olub. Məsələ burasındadır ki, PAOK braziliyalının "Qarabağ"da qalacağını bildikdən sonra fərqli hücumçu axtarışına çıxıb. 

Qeyd edək ki, 2023-cü il iyulun 1-də "Çaveş"dən "Qarabağ"a keçən forvard 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO