“Makkabi” “Sabah”la oyuna ciddi itki ilə ÇIXACAQ

“Makkabi” “Sabah”la oyuna ciddi itki ilə ÇIXACAQ

Hazırda oxunan: “Makkabi” “Sabah”la oyuna ciddi itki ilə ÇIXACAQ

204250

İsrailin “Makkabi” klubu “Sabah”la Bakıdakı matça ciddi itki ilə çıxacaq. 

Bizim.Media xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Lorentso Şimiç Masazırdakı qarşılaşmanı buraxacaq. 

Xorvatiyalı futbolçu İsraildəki ilk qarşılaşmada dizindən zədə alıb. İsrail mətbuatının yazdığına görə Şimiçi Qoni Haor və ya Rami Gerşon əvəzləyə bilər. Əvəzində zədəsini sağaldan digər müdafiəçi Maor Kandil “Sabah”a qarşı görüşdə meydana çıxa bilər. 

Qeyd edək ki, “Sabah”-“Makkabi” oyunu avqustun 1-də saat 20-də Masazırdakı “Bank Respublika” arenada keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO