Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.
Buna səbəb 1923-cü ildən çirklilik səviyyəsi yüksək olduğuna görə çimməyin qadağan edildiyi Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.
Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.
Paris2024 təşkilatçıları ümid edirlər ki, yarış sabah və ya ən geci cümə günü baş tutacaq.
Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:46 / 30.07.2024
Paris-2024 oyunlarında bu yarış təxirə salındı - VİDEO
Hazırda oxunan: Paris-2024 oyunlarında bu yarış təxirə salındı - VİDEO
Hazırda oxunan: Paris-2024 oyunlarında bu yarış təxirə salındı - VİDEO
204207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.