Rövşən Nəcəf FİFA prezidenti ilə GÖRÜŞDÜ

Rövşən Nəcəf FİFA prezidenti ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Rövşən Nəcəf FİFA prezidenti ilə GÖRÜŞDÜ

204174

29 iyul 2024-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.

Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO