Xorvatiyanın "Dinamo Zaqreb" komandasında çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Almaniyanın "Nürnberq" klubu ilə danışıqları davam edir.
Bizim.Media xəbər verir ki, bunu ikinci Bundesliqa komandasının idman direktoru Joti Katzialeksiu deyib.
O bildirib ki, "Ayntraxt"a keçən Can Uzunun boşluğunu hələ də doldurmayıblar. İdman direktoru Emrelinin bir çox müsbət xüsusiyyətə malik olduğunu və futbolçu ilə danışıqlar apardıqlarını bildirib.
Qeyd edək ki, millimizin forvardının "Dinamo" ilə müqavilə müddətinin sonuna iki il vaxt qalır.
Bizim.Media