2024-cü il Paris Olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilmişdir. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilmişdir.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Bəyanatda, həmçinin deyilir:
“Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır.
Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir”.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:00 / 28.07.2024
Paris Olimpiadasında Azərbaycana qarşı təxribatı qınayırıq - BƏYANAT
Hazırda oxunan: Paris Olimpiadasında Azərbaycana qarşı təxribatı qınayırıq - BƏYANAT
Hazırda oxunan: Paris Olimpiadasında Azərbaycana qarşı təxribatı qınayırıq - BƏYANAT
203930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.