"Paris-2024": Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı - FOTO

"Paris-2024": Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı - FOTO

Hazırda oxunan: "Paris-2024": Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı - FOTO

203929

Azərbaycanın kişi cüdoçusu Yaşar Nəcəfov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, 66 kiloqramda çıxış edən idmançı təsnifat mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb.

Rəqibinə məğlub olan Y.Nəcəfov yarışla medalsız vidalaşıb.

Bu gün, həmçinin qadın cüdoçu Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarışı medalsız başa vurublar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO