Daha bir millimiz Avropa çempionatının finalına YÜKSƏLDİ - FOTO

Daha bir millimiz Avropa çempionatının finalına YÜKSƏLDİ - FOTO

Hazırda oxunan: Daha bir millimiz Avropa çempionatının finalına YÜKSƏLDİ - FOTO

203887

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, millimiz yarımfinal oyununda ev sahibi Albaniya seçməsi ilə qarşılaşıb və rəqibi üzərində 62-41 hesablı rahat qələbə qazanıb.

18 xal toplamış millimizin üzvü Derin Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. 

Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Lüksemburq-Ermənistan görüşünün qalibi olacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO