“Qarabağ” - “Linkoln” matçına nə qədər bilet satılıb? - FOTO

“Qarabağ” - “Linkoln” matçına nə qədər bilet satılıb? - FOTO

Hazırda oxunan: “Qarabağ” - “Linkoln” matçına nə qədər bilet satılıb? - FOTO

203880

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.

Bizim.Media Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq oyuna 16300 bilet satılıb.

İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO