Azərbaycan millisi Avropa çempionatının FİNALINDA

Azərbaycan millisi Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Azərbaycan millisi Avropa çempionatının FİNALINDA

203870

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilən qitə birinciliyində yarımfinalda Kipr yığması ilə qarşılaşan komanda 66-49 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıblar.

Millimizin 28 iyulda keçriiləcək final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO