Azərbaycanlı hakim Konfrans Liqasının oyununu İDARƏ EDƏCƏK

Azərbaycanlı hakim Konfrans Liqasının oyununu İDARƏ EDƏCƏK

Hazırda oxunan: Azərbaycanlı hakim Konfrans Liqasının oyununu İDARƏ EDƏCƏK

203719

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ədalət təmsilçisinə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO