Futbol əfsanəsi Parisdə QARƏT EDİLDİ

Futbol əfsanəsi Parisdə QARƏT EDİLDİ

Hazırda oxunan: Futbol əfsanəsi Parisdə QARƏT EDİLDİ

203709

Braziliya futbolunun əfsanəsi Ziko Parisdə qarət edilib.

Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, Ziko Braziliyanın Olimpiya nümayəndə heyətinin üzvü kimi Parisdə olarkən dəyərli əşyaları oğurlanıb.

Bildirilib ki, o, içərisində dəyərli əşyaları olan qutu ilə oteldən çıxıb və taksi ilə yola düşüb. Daha sonra bir nəfər taksi sürücüsünün diqqətini yayındırmaq üçün ona yaxınlaşıb, ikincisi isə dəyərli əşyalar olan qutunu oğurlayaraq qaçıb. 
Zikonun sözlərinə görə qutunun içində “Rolex” və brilyant da daxil olmaqla 420.000 funt sterlinq dəyərində əşya olub.

Qeyd edək ki, Fransa rəsmiləri cinayətkarları tapmaq üçün araşdırmalar aparıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO