Fransalı idmançı 26 yaşlı Sunkamba Sillanın hicablı olduğu üçün Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmamasının səbəbi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Fransalı idmançı hicaba görə Paris-2024-ün açılış mərasiminə BURAXILMADI
Fransa Olimpiya Komitəsinin prezidenti David Lappartient qadağanın səbəbini belə izah edib:
"Fransada dövlət və kilsəni ayıran qanunlar dövlət sektoru işçilərinə də şamil olunur. Hicab qadağası da daxil olmaqla, dünyəvi prinsiplər ölkəmizdə mövcuddur. Bəlkə bu dünyanın digər ölkələrində qəbul edilən prinsip deyil, lakin bu, Fransamızın DNT-sinin ayrılmaz bir hissəsidir".
Qeyd edək ki, Fransa Olimpiya Komitəsi məsələnin həlli yolunu tapmaq üçün Silla ilə danışıqlara davam edir.
Bizim.Media