"Zirə" Konfrans Liqasına darmadağınla BAŞLADI

Hazırda oxunan: "Zirə" Konfrans Liqasına darmadağınla BAŞLADI

203622

Azərbaycan təmsilçisi "Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda evdə "DAK 1904" (Slovakiya) ilə üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilən görüşdə "Zirə" rəqibini darmadağın edib - 4:0.
"Zirə" ilə "DAK 1904" arasında cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək. Azərbaycan klubu bu mərhələni adlayarsa, 3-cü təsnifat mərhələsində "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu halda "Zirə"nin ilk oyunu səfərdə olacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:30. "Zirə" (Azərbaycan) - "DAK 1904" (Slovakiya) - 4:0

Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)

Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)

"Dalğa Arena"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO