“Qəbələ” hazırlığa BAŞLADI

“Qəbələ” hazırlığa BAŞLADI

Hazırda oxunan: “Qəbələ” hazırlığa BAŞLADI

203582

Bu gün “Qəbələ” yeni mövsümün hazırlığına start verib.

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayacaq.

2024-2025-ci illər mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq. Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.
Ardınca “Qəbələ”nin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək. Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq. “Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək.

Digər yoxlama oyunlarının tarixi və rəqiblər barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO