Cüdoçularımızın Olimpiadada ilk rəqibləri bəlli olur

Cüdoçularımızın Olimpiadada ilk rəqibləri bəlli olur

Hazırda oxunan: Cüdoçularımızın Olimpiadada ilk rəqibləri bəlli olur

203530

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışlarının püşkü atılacaq. 

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da təşkil olunacaq. 

Azərbaycan cüdoçularının da turnirdəki rəqibləri müəyyənləşəcək. Onlardan 4-ü - Balabəy Ağayav (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) püşkatmada səpələnmişlər sırasında yer alacaq. 

Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə səpələnməmişlərdə olacaq. 

Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq. 

Cüdoçularımızın Olimpiadada ilk rəqibləri bəlli olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO