Azərbaycanın basketbol millisi Avropa çempionatının YARIMFİNALINDA

Azərbaycanın basketbol millisi Avropa çempionatının YARIMFİNALINDA

Hazırda oxunan: Azərbaycanın basketbol millisi Avropa çempionatının YARIMFİNALINDA

203479

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət Azərbaycan millisini Avropa çempionatının yarımfinalına daşıyıb.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO