"Neftçi" Səudiyyə Ərəbistanı Pro Liqası klubu ilə qarşılaşacaq

Hazırda oxunan: "Neftçi" Səudiyyə Ərəbistanı Pro Liqası klubu ilə qarşılaşacaq

203476

“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar” bu gün toplanış çərçivəsində sonuncu məşqinə çıxıb. 

Toplanışa sabah yekun vurulacaq. Bunadək Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qarşılaşmış komandamız sonuncu sınaq matçını Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək.
“Palandöken Yüksek İrtifa Camp Facilities”də olacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO