PSJ bu futbolçuya görə 80 milyon ödəyəcək

PSJ bu futbolçuya görə 80 milyon ödəyəcək

Hazırda oxunan: PSJ bu futbolçuya görə 80 milyon ödəyəcək

203470

"Benfika"nın futbolçusu Joao Neveş karyerasını Fransada davam etdirəcək.

Bizim.Media xəbər verir ki, 19 yaşlı dayaq yarımmüdafiəçisi PSJ-yə keçəcək. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. 

Paris təmsilçisi portuqaliyalı orta xətt oyunçusu üçün onun klubuna 80 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO