ABŞ-ın Olimpiya medalı hərraca ÇIXARILDI

ABŞ-ın Olimpiya medalı hərraca ÇIXARILDI

Hazırda oxunan: ABŞ-ın Olimpiya medalı hərraca ÇIXARILDI

203459

1992-ci il Olimpiadasında ABŞ komandasının heyətində qazanılan qızıl medal 250.000 dollardan başlayan qiymətlə hərraca çıxarılır. 

Bizim.Media xəbər verir ki, söhbət MBA çempionu, “Hyuston Rokets”in üzvü Klayd Drekslerdən gedir. 

Onun qızıl medalı “Goldin Auctions” tərəfindən hərraca çıxarılacaq. “Goldin” mütəxəssislərinin fikrincə, bu, məşhur “Dream Team” komandasından satışa çıxarılan ilk medaldır.

Klayd Drekslerin medalını satmaq qərarına gəlməsinin səbəbləri açıqlanmır. Lakin o, medalın həqiqiliyini təsdiq edən məktub təqdim edərək gələcəkdə geri qaytarmaq istəməyəcəyinə təminat verib.
1992-ci il Olimpiya Oyunlarında ABŞ-nin “Arzular komandası”nda Maykl Cordan və Skotti Pippen (Çikaqo Bulls), Con Stokton və Karl Meloun (Yuta Caz), Mecik Conson (Los-Anceles Leykers), Larri Börd (Boston Seltiks), Patrik Yuinq (Nyu-York Niks), Kris Mallen (Qolden Steyt Vorriors), Devid Robinson (San Antonio Spörs), Çarlz Barkli (Filadelfiya) olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO