Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ"-"Linkoln" oyununun hakimləri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, iyulun 30-da keçiriləcək qarşılaşmaya öncədən ukraynalı hakimlər təyinat alsa da, matçı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.
Matçın baş hakimi Yakob Sundberq olacaq. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:11 / 24.07.2024
“Qarabağ”-“Linkoln” oyununun hakimləri DƏYİŞDİRİLDİ
Hazırda oxunan: “Qarabağ”-“Linkoln” oyununun hakimləri DƏYİŞDİRİLDİ
Hazırda oxunan: “Qarabağ”-“Linkoln” oyununun hakimləri DƏYİŞDİRİLDİ
203380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.