“Atletiko”nun müdafiəçisi “Trabzonspor”a keçir

“Atletiko”nun müdafiəçisi “Trabzonspor”a keçir

Hazırda oxunan: “Atletiko”nun müdafiəçisi “Trabzonspor”a keçir

203303

"Atletiko"nun futbolçusu Stefan Saviç komandadan ayrılacaq. 

Bizim.Media xəbər verir ki, monteneqrolu müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

33 yaşlı arxa xətt oyunçusu "Trabzonspor"la 3 illik müqavilə ilə bağlı razılıq əldə edib. Təcrübəli futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək. "Atletiko" oyunçunun klubdan ayrılmasına icazə verəcək. 
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək. 

Qeyd edək ki, "Atletiko" Stefan Saviçi 2015-ci ilin yayında "Fiorentina"dan transfer edib. Monteneqro millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO