Renat Dadaşov “Qarabağ”a keçir?

Renat Dadaşov “Qarabağ”a keçir?

Hazırda oxunan: Renat Dadaşov “Qarabağ”a keçir?

203168

Renat Dadaşov “Qarabağ”a keçə bilər. Bu iddia ilə İsveçrə mətbuatı çıxış edib.

Bizim.Media xəbər verir ki, millimizin hücumçusunun “Qrasshopper”də qalmaq niyyəti yoxdur.

25 yaşlı hücumçu müntəzəm oynaya biləcəyi bir kluba keçmək niyyətindədir. O, bu səbəbdən İsveçrə Superliqasında yeni mövsümün ilk turunda çıxış etməyib.

Dadaşovun adı 1-ci turda “Luqano”ya 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən forvardın “Qarabağ”la danışıq apardığı deyilir. Milli üzvünün yerli oyunçu statusunda olması ağdamlıları cəlb edib. Lakin “atlılar” transfer üçün böyük pul xərcləmək istəmir. Renat gələn yay müqaviləsinin bitəcəyi “Qrasshopper”dən azad agent kimi ayrıla bilsə, çempionumuza gəlməsi realdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO