“Sabah” “Qarabağ”ın bəyənmədiyi futbolçunu transfer etdi

“Sabah” “Qarabağ”ın bəyənmədiyi futbolçunu transfer etdi

Hazırda oxunan: “Sabah” “Qarabağ”ın bəyənmədiyi futbolçunu transfer etdi

203164

"Qəbələ"nin yetirməsi İbrahim Ramazanovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, İstedadlı mərkəz müdafiəçisi yeni mövsümə "Sabah"da başlayacaq.

Tərəflər arasında bütün detallarda razılıq əldə olunub. Ramazanov yay təlim-məşq toplanışını "Qarabağ"da keçirsə də, sonda onunla müqavilə imzalanması məqsədə uyğun hesab edilmədi. Əsas səbəb isə Ağdam təmsilçisində olan böyük rəqabətdir.

Baş məşqçi Qurban Qurbanov bir neçə Premyer Liqa klubunun onu istədiyini nəzərə alaraq, daha çox forma şansı qazanacağı yerə getməsinə şərait yaradıb. Arxa xətt oyunçusunun xidmətində "Sabah"la bərabər "Şamaxı" da maraqlı idi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO