Məşhur argentinalı Yunanıstan klubuna keçdi

Məşhur argentinalı Yunanıstan klubuna keçdi

Hazırda oxunan: Məşhur argentinalı Yunanıstan klubuna keçdi

203154

"Sevilya"dan ayrılan Erik Lamelanın yeni klubu məlum olub.

Bizim.Media xəbər verir ki, argentinalı hücumameyilli yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

32 yaşlı futbolçiu AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu Yunanıstan çempionu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Sevilya" Erik Lamelanı 2021-ci ilin yayında "Tottenhem"dən transfer etmişdi. Argentina millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO