“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək İSTƏYİR

“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək İSTƏYİR

203126

"Beşiktaş" "Zenit"in yarımmüdafiəçi Vendeli heyətinə qatmaq niyyətindədir. 

Bizim.Media "Regate Sports"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rusiya klubuna Vendelin əvəzinə Jedson Fernandeşi təklif edib. 

"Zenit" isə belə sövdələşməyə müsbət yanaşmayıb. "Qara qartal" braziliyalının transferi üçün müxtəlif variantları fikirləşir. Vendelə "Beşiktaş"dan savayı "Qalatasaray" da maraq göstərir. 25 yaşlı futbolçunun “Zenit”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur. "Fluminense"də də oynamış futbolçu 2020-ci ildə “Sportinq”dən Sankt-Peterburq klubuna keçmişdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO