Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri bəlli olur

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri bəlli olur

Hazırda oxunan: Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri bəlli olur

203071

Bu gün UEFA Çempionlar Liqasında üçücnü təsnifat mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. 

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək. Ağdam klubu səpələnmişlər səbətində yer alıb.   
"Qarabağ" ikinci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu keçərsə, növbəti mərhələdə aşağıdakı cütlüklərindən biri ilə qarşılaşacaq:  

"Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi

"Şemrok Rovers" (İrlandiya) – "Sparta"(Praqa, Çexiya) cütünün qalibi

APOEL (Kipr) – "Petrokub" (Moldova) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO