“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la oyuna 3 itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev isə cəzalı durumda olduğundan görüşü buraxacaq.
Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyunundan sonra meniskində ağrılar hiss edən Musa Bakıda müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
“Linkoln”la “Qarabağ” arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:43 / 22.07.2024
“Qarabağ” səfərə itkilərlə yollanır
Hazırda oxunan: “Qarabağ” səfərə itkilərlə yollanır
Hazırda oxunan: “Qarabağ” səfərə itkilərlə yollanır
203044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.