“Sumqayıt” – “Fehervar” matçını yayımlayacaq kanal müəyyənləşdi

“Sumqayıt” – “Fehervar” matçını yayımlayacaq kanal müəyyənləşdi

Hazırda oxunan: “Sumqayıt” – “Fehervar” matçını yayımlayacaq kanal müəyyənləşdi

202977

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında yayımlanmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi “CBC Sport” telekanalı ilə deyil, “İdman TV” telekanalı ilə canlı yayımlanacaq.
“Sumqayıt” – “Fehervar” qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO