PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

Hazırda oxunan: PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

202912

PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xavi Simons üçün transfer qiyməti müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Paris təmsilçisi oyunçu üçün 90 milyon avro tələb edəcək. 

Hazırda niderlandlı futbolçu ilə "Bavariya" və "Mançester Yunayted" yaxından maraqlanır. Bununla belə, Münhen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu vurğulanır.

Qeyd edək ki, Simons ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matça çıxıb, 10 qol vurub, 15 qolun ötürməsini verib. Futbolçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO